Göyçay şəhər sakini F.Məmmədova məxsus həyətyanı sahədən 7 ədəd çətənə kolu və 68 qramdan artıq marixuana götürülmüşdür
15.08.2021Göyçay RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini F.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 68 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.