10 kiloqram 450 qram marixuana aşkar edilərək götürülmüşdür
06.08.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun idarə etdiyi “Renault” markalı avtomobil saxlanılmışdır. Şəxsi axtarış zamanı avtomobilin sərnişinləri, əvvəllər məhkum olunmuşlar S.Məmmədovdan və D.Misirovdan marixuana aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə avtomobilin yük yerinə baxış zamanı oradan S.Məmmədov və D.Misirova məxsus 10 kiloqram 450 qram marixuana aşkar edilərək götürülmüşdür.