Dələduzluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini E.Ələkbərli saxlanılmışdır
06.08.2021Bərdə RPŞ əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini E.Ələkbərli saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Şəmkir RPŞ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması, habelə daha 14 nəfəri aldadaraq ümumilikdə onlardan 4030 manat pul alması da müəyyən edilmişdir.