Ağdaş rayonunun Binələr kənd sakini R.Ağaməmmədovdan kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu, yaşdığı evə baxış zamanı isə 56 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
06.08.2021Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Binələr kənd sakini R.Ağaməmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu, yaşdığı evə baxış zamanı isə oradan 56 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.