Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.08.2021Avqustun 6-da saat 3 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində kənd sakini R.Fətəliyevin idarə etdiyi “VAZ-21011” və Ağcabədi rayon sakini E.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Fətəliyevin sərnişini Xatun Qurbanova hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.