Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Rahim Əzizov yerləşdirildiyi xəstəxanada ölmüşdür

04.08.2021

Avqustun 3-də saat 21 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakinləri C.Məmmədovun idarə etdiyi “VAZ-2106”, A.Şahsuvarun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini İ.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Məmmədovun 2 sərnişini xəstəxanaya yerlədirilmiş, onlardan Rahim Əzizov ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.