Xəzər Həsənovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin törədilməsində şübhəli bilinən sürücü Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır
28.07.2021Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır.
Araşdırma aparılır.