Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində yol-nəqliyyat hadiəsi
25.07.2021İyulun 25-də saat 17 radələrində Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində Qaraçuq kənd sakini H.Əliyevin idarə etdiyi “Lexus” və Naxçıvan şəhər sakini Hikmət Rəşidovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Rəşidov və sərnişini Çimnaz Yusifzadə ölmüşlər.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.