Oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
24.07.2021Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri S.Həsənovaya məxsus içərisində mobil telefon, sosial və bank kartları olan pulqabını və V.Şərifovaya məxsus içərisində 400 manat, 2 ədəd mobil telefon və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.