Masallı rayonu ərazisində “Toyota” markalı avtomobillə velosipedçi vurulmuşdur
19.07.2021İyulun 19-da saat 1 radələrində Masallı rayonunun Türkoba kəndi ərazisində Hişkədərə kənd sakini İ.Fətullayev idarə etdiyi “Toyota” markalı avtomobillə velosipedçi - kənd sakini Ruhid Rəhimovu vurmuşdur. Nəticədə velosipedçi aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.