Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş vermişdir
11.07.2021İyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş vermişdir. Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra Ü.Höccətovun yanmış meyiti tapılmışdır.
Araşdırmalarla Ü.Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Abşeron RPİ tərəfindən əməliyat-axtarış tədbirləri aparılır.