Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinərək saxlanılmış E.Nəzərlinin törətdiyi digər cinayət əmələri də müəyyən edilmişdir

11.07.2021

Binəqədi RPİ 43-cü Polis  Bölməsinə müraciət edən Binəqədi qəsəbə sakini E.Nəzərov iyunun 20-də yaşadığı evdən 240 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu, E.Nəzərli müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bir evin həyətindən su mühərriki oğurlaması və bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.

11.07.2021 tarixinə olan kriminal məlumatlar