Kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür
11.07.2021Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yevlax rayon sakini R.Məhərrəmovun yaşadığı Aşağı Qarxun kəndindəki evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.