Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən H.Orucovun yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 425 qram heroin, metamfetamin və narkotik vasitəni satarkən istifadə etdiyi 6 ədəd bank kartı götürülmüşdür
11.07.2021Xətai RPİ 36-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Orucov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 425 qram heroin, metamfetamin və narkotik vasitəni satarkən istifadə etdiyi 6 ədəd bank kartı götürülmüşdür.