Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini H.Fərəcov və V.Əliyev saxlanılmışlar

11.07.2021

Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat  tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş V.Əliyev də müəyyən edilərək saxlanılmışdır. Onun yaşadığı mənzilə baxış zamanı isə oradan 35 qrama yaxın heroin və metamfetamin götürülmüşdür.

11.07.2021 tarixinə olan kriminal məlumatlar