Lənkəran şəhər sakini F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Q.Tahirov müəyyən edilərək saxlanılmışdır
11.07.2021Lənkəran ŞRPŞ-yə iyulun 11-də saat 2 radələrində şəhər sakini F.Əlizadənin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlıq zəminində F.Əlizadəyə tüfənglə xəsarət yetirməkdə şübhəli bilinən Lənkəran sakini Q.Tahirov müəyyən edilərək saxlanılmış, ondan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.