Lənkəran şəhər sakinləri F.Fərəcov, F.Həmdəmov, R.Səfərovdan və S.Seyfullayevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
11.07.2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən F.Həmdəmov da müəyyən edilərək saxlanılmışdır. Onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 30 qram heroin, 1 kiloqram 15 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin orada olan həmyerliləri, əvvəllər məhkum olunmuş R.Səfərovdan və S.Seyfullayevdən də heroin və metamfetamin götürülmüşdür.