Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və çətənə şitilləri aşkar edilərək götürülmüşdür
11.07.2021Astara RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində İ.Həkimovun yaşadığı Ojakəran kəndindəki evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini R.Abdullayev, Tovuz rayon sakini E.Hümmətov, Qapanlı kənd sakini X.Həsənov və Şəmkir şəhər sakini Ş.Hüseynov saxlanılmışlar.Həmin şəxslərin Qapanlı kəndi ərazisində X.Həsənova məxsus əkin sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 345 ədəd çətənə kolu və 15 ədəd çətənə şitilləri aşkar edilərək götürülmüşdür.