Gəncə şəhər sakini R.Aslanova məxsus çörək sexinə girərək soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini M.Bayramov saxlanılmışdır
22.06.2021Kəpəz RPİ-yə müraciət edən Gəncə şəhər sakini R.Aslanov iyunun 9-da saat 3 radələrində ona məxsus çörək sexinə girmiş bir nəfərin kassadan 210 manat pulu açıq talama yolu ilə apardığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramov müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisindəki evlərin birindən 1200 manat dəyərində kondisioner oğurlaması da müəyyən edilmişdir.Araşdırma aparılır.