Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhər sakini N.Qardaşxanova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılmışlar

22.06.2021

Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov iyunun 21-də saat 9 radələrində şəhər ərazisindən “VAZ-21015” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin iyunun 22-də saat 13 radələrində Ələt-Astara yolunda hərəkətdə olması müəyyən edilmiş və DYP postunda süni tıxac yaradılmaqla saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov və Xocavənd rayon sakini T.Haqverdiyev Salyan RPŞ-yə təhvil verilmişlər.

Avtomobilə baxış zamanı oradan “Vinçester” markalı silah və 1 baş qoyun aşkar edilərək götürülmüşdür.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

22.06.2021 tarixinə olan kriminal məlumatlar