Xırdalan şəhər sakini N.Qardaşxanova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılmışlar
22.06.2021Abşeron RPİ-yə müraciət edən Xırdalan şəhər sakini N.Qardaşxanov iyunun 21-də saat 9 radələrində şəhər ərazisindən “VAZ-21015” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin iyunun 22-də saat 13 radələrində Ələt-Astara yolunda hərəkətdə olması müəyyən edilmiş və DYP postunda süni tıxac yaradılmaqla saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Musazadə və sərnişinləri - Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov və Xocavənd rayon sakini T.Haqverdiyev Salyan RPŞ-yə təhvil verilmişlər.
Avtomobilə baxış zamanı oradan “Vinçester” markalı silah və 1 baş qoyun aşkar edilərək götürülmüşdür.Salyan RPŞ tərəfindən araşdırma aparılır.