Gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.06.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılmışdır.