Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu ərazisində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü Ə.Məmmədov saxlanılmışdır

20.06.2021

İyunun 19-da saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini T.Abbasova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

20.06.2021 tarixinə olan kriminal məlumatlar