Xırdalan şəhər sakini Ramil Oruclunu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinən Z.Zeynalov tutularaq istintaqa cəlb edilmişdir
20.06.2021Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə iyunun 20-də saat 18 radələrində “Dendro” parkda Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Oruclunun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla R.Oruclunun tanışı, Salyan rayon sakini Z.Zeynalovla şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ona bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.