Lənkəran rayonunun Boladi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.06.2021İyunun 20-də saat 13 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində Biləsuvar rayon sakini Tapdıq Dadaşov idarə etdiyi “BYD” markalı avtomobili yol ayırıcısına vurmuş, sonradan avtomobil yanmışdır. Nəticədə T.Dadaşovun sərnişinləri - həmyerlisi Göhər Dadaşova və digər iki nəfər xəstəxanaya yerləşdirilmişlər. G.Dadaşova orada ölmüş, digərlərinin vəziyyəti qənaətbəxşdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.