Xəzər rayonu ərazisində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü Ə.Məmmədov saxlanılmışdır
20.06.2021İyunun 19-da saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini T.Abbasova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ə.Məmmədov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.