Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini N.Məmmədov saxlanılmışdır

20.06.2021

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun H.Əliyev prospektində yerləşən “Aztelekom” MMC-yə məxsus quyulardan ümumilikdə 107 metr rabitə kabeli oğurlaması da müəyyən edilmişdir.

20.06.2021 tarixinə olan kriminal məlumatlar