Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılmışdır

14.06.2021

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələrində “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılmışdır.   

Araşdırma aparılır.