Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.06.2021İyunun 14-də saat 23 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində hələlik müəyyən edilməmiş avtomobillə kənd sakini Mahir Həsənov vurulmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan sürücünün müəyyən edilərək saxlanılması istiqamətində Astara RPŞ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.