Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini F.Novruzov saxlanılmışdır
14.06.2021Sabunçu RPİ 14-cü və 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də Maştağa qəsəbəsi ərazisində “Ford” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Novruzov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülmüşdür.