Samux rayonunun Sarıqamış kəndi ərazisində “Mercedes” markalı avtomobil yolun kənarındakı beton dirəyə çırpılmışdır
10.06.2021İyunun 10-da saat 18 radələrində Samux rayonunun Sarıqamış kəndi ərazisində Gəncə şəhər sakini Loğman Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurmuşdur. Xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Samux RPŞ tərəfindən araşdırma aparılır.