Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır

10.06.2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və 5 qramdan artıq metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 313 qrama yaxın heroin, 53 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Haqverdiyev də müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılmışdır.

10.06.2021 tarixinə olan kriminal məlumatlar