Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır
10.06.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A.Məmmədov paytaxtın Nizami rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin və 5 qramdan artıq metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 313 qrama yaxın heroin, 53 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.
Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Haqverdiyev də müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılmışdır.