Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini S.Abdullayev Xəzər rayonu ərazisində saxlanılmışdır
10.06.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev Xəzər rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı oradan 347 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.