Piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü S.Əmoyev saxlanılmışdır
10.06.2021Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 9-da Bakı şəhər sakini A.Babayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini S.Əmoyev müəyyən edilərək saxlanılmışdır.