Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.06.2021İyunun 10-da saat 1 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində Mollaburhan kənd sakini G.Rzayev idarə etdiyi “Fiat-Doblo” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Rəhimoba kənd sakini Mehman Mustafayevu vurmuşdur. Nəticədə M.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.