Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Adam öldürməyə cəhd göstərməkdə şübhəli bilinən İmişli rayon sakini Y.Cəfərov saxlanılmış, ondan ov tüfəngi götürülmüşdür

25.05.2021

İmişli RPŞ-yə mayın 25-də Çaxırlı kənd sakini Y.Cəfərovun yaşadığı evdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Alıyevə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində adam öldürməyə cəhd göstərməkdə şübhəli bilinən Y.Cəfərov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.