Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır
25.05.2021Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 455 qram heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.