Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini İ.Rüstəmov müəyyən edilərək saxlanılmışdır
19.05.2021Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Əlfəddinzadə mayın 19-da N.Rəfibəyli küçəsində bir nəfərin onun cibindən 55 manat pulunu açıq talama yolu ilə apardığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.