Mingəçevir şəhəri ərazisindəki bir qarajdan məişət əşyaları və velosipedlər oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Hüseynov saxlanılmışdır
19.05.2021Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da şəhər ərazisindəki bir qarajdan məişət əşyaları və 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilmişdir.