Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
19.05.2021Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də şəhər ərazisindəki evlərin birindən 6000 manat pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Cabbarov və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov saxlanılmışlar.