Koronavirus xəstələri ictimai yerdə aşkar edilərək saxlanılıblar
19.05.2021Mayın 16-da və 17-də polis əməkdaşları tərəfindən paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri olan 2 nəfər ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evlərinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.