Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.05.2021Mayın 17-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində Ucar rayon sakini N.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zabit Sultanovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.