Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayonunun Köçəsgər kənd sakini Çiçək Ələkbərovanı qətlə yetirməkdə şübhəli bilinən T.Məmmədov saxlanılmışdır

17.05.2021

Ağstafa RPŞ-yə mayın 16-da Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilmişdir.

17.05.2021 tarixinə olan kriminal məlumatlar