Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.05.2021Mayın 17-də saat 4 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Şəmkir rayon sakini F.Məsimov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Elsevər Allahverdiyevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.