Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Naxçıvan şəhər sakini Xəyal İsmayılov yerləşdirildiyi xəstəxanada ölmüşdür
17.05.2021Mayın 16-da saat 20 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.İsmayılov mayın 17-də orada ölmüşdür.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.