Ağstafa rayonunun Köçəsgər kənd sakini Çiçək Ələkbərovanı qətlə yetirməkdə şübhəli bilinən T.Məmmədov saxlanılmışdır
17.05.2021Ağstafa RPŞ-yə mayın 16-da Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilmişdir.