Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılmışdır
17.05.2021Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib içərisində 106 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki evlərin birindən oğurluq etmiş qrupun üzvü olması da müəyyən edilmişdir.