Kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, habelə qurudulmuş vəziyyətdə 3 kiloqram 750 qram çətənə kolu aşkar edilərək götürülmüşdür
17.05.2021Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaracəmirli kənd sakini N.Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, habelə qurudulmuş vəziyyətdə 3 kiloqram 750 qram çətənə kolu aşkar edilərək götürülmüşdür.