Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobillə “Hyundai” markalı yük avtomobili toqquşmuşdur
05.05.2021Mayın 5-də saat 18 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində qəsəbə sakini Hidayət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Bakı şəhər sakini Y.Tahirovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə H.Camalov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.